Dünya gündəmini zəbt edən yanğından görüntülər - FOTOLAR
Həftələrdir davam edən yanğında təxminən 6 milyon hektar ərazinin məhv olduğu açıqlanıb.
“MediaPost” xəbər verir ki, təkcə “New South Wales” əyalətində 1365 ev yanıb, ümumilikdə 23 insan həyatını itirib, on minlərlə koala, kenquru və digər vəhşi heyvan tələf olub.
Yerli mətbuatın verdiyi xəbərə görə, yanğının baş verməsinə əsas səbəb istilərdir. İndiyə qədər söndürülə bilməməsinin səbəbi isə günlərdir davam edən güclü küləkdir.
Əhali baş verən təbii fəlakətin qarşısını almaqda lazımi tədbirlər görmədiyi üçün baş nazir Skot Morisonu günahlandırırlar.