Dünya ölkələrinin müdafiə xərcləri - Azərbaycan neçəncidir?
18.02.2020 07:40 Dünya

Dünya ölkələrinin müdafiə xərcləri - Azərbaycan neçəncidir?

“MediaPost”un xəbərinə görə, 138 ölkə arasında siyahıda ilk ABŞ (750 milyard dollar), Çin (237 milyard dollar), Səudiyyə Ərəbistanı (67 milyard 600 milyon dollar), Hindistan (61 milyard dollar), Birləşmiş Krallıq (55 milyard 100 milyon dollar) ilk beşlikdə qərarlaşıb.

Azərbaycan 2 milyard 805 milyon dollarlıq müdafiə xərcləri ilə 60-cı yeri tutub.

Qonşu Gürcüstan (327 milyon dollar) 103-cü, Ermənistan (1 milyard 385 milyon) 77-ci, Türkiyə (19 milyard dollar) 18-ci, İran (19 milyard 600 milyon dollar) 17-ci, Rusiya isə (48 milyard dollar) 8-ci sırada qərarlaşıb.

Liberiya (Qərbi Afrikada dövlət) isə 13 milyon dollar xərcləri ilə siyahının sonuncu pilləsində yer alıb.

Xəbərlər departamenti

Gündəm