Dünya şöhrətli müğənni Toto Kutunyo vəfat edib
22.08.2023 19:35 Şou-biznes

Dünya şöhrətli müğənni Toto Kutunyo vəfat edib

Dünya şöhrətli İtaliya müğənnisi, bəstəkar Toto Kutunyo vəfat edib.

MediaPost xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.

Məlumata görə, pop veteranı 80 yaşında Milanda San Raffaele xəstəxanasında dünyasını dəyişib.

İfaçının meneceri Danilo Mancusonun agentliyə verdiyi məlumata görə, uzun sürən xəstəlikdən sonra müğənninin vəziyyəti son aylarda pisləşib.

Mediapost.az

Xəbərlər departamenti

Gündəm