ABŞ aktiv virus daşıyıcılarının sayına görə İtaliyanı geridə qoydu

  • 25 mart, 2020 20:01
ABŞ aktiv virus daşıyıcılarının sayına görə İtaliyanı geridə qoydu

Dünyanın bəlasına çevrilən yeni növ koronavirus infeksiyası (COVID – 19) getdikcə daha çox yayılır.

“MediaPost” xəbər verir ki, bu günə qədər ən çox yoluxma halı Çin, İtaliya və İranda qeydə alınsa da, artıq statistika dəyişməyə doğru gedir.

Belə ki, aktiv virus daşıyıcılarının sayına görə, ABŞ İtaliyanı üstələyib.

Birləşmiş ştatlarda bu rəqəm 54 358 olduğu halda, İtaliyada isə 54 030-a bərabərdir.


Müşviq Tofiqoğlu