ABŞ-da koronavirusa yoluxanların hansı üsulla müalicə edildiyi açıqlanıb

  • 25 mart, 2020 22:04
ABŞ-da koronavirusa yoluxanların hansı üsulla müalicə edildiyi açıqlanıb

ABŞ-da yeni növ COVID-19 ilə mübarizədə yüksək dozalı C vitaminindən istifadə olunur.

“MediaPost” xarici mətbuata istinadən xəbər verir ki, əsasən reanimasiyada müalicə alan ağır tipli xəstələrə 1500 milliqram C vitamini verilir. Bu isə gündəlik tövsiyə olunan dozadan 16 dəfə çoxdur.

Həkim Andre Veber bildirir ki, insan gündəlik həyatında 90 milliqram C vitamininə ehtiyac duyur. Amma tənəffüz çatışmazlığından əziyyət çəkən koronavirus xəstələrinə gündə 1500 milliqrama qədər C vitamini verilməsi məqsədəuyğundur.

Vəziyyətdən asılı olaraq gündə 3-4 dəfə vitamin əlavələrini xəstələrə verdiklərini deyən həkim, bu üsuldan Çində də istifadə olunduğunu dilə gətirib. Artıq bu müalicənin uğurlu nəticələrinin müşahidə edildiyini açıqlayıb.


Müşviiq Tofiqoğlu