ABŞ tarixində ilk: rəis təyin olunan türk Qurana əl basdı - VİDEO

  • 5 fevral, 2020 17:32
ABŞ tarixində ilk: rəis təyin olunan türk Qurana əl basdı - VİDEO

ABŞ-ın türklərin sıx yerləşdiyi Nyu Cersiya ştatının Paterson bölgəsinə türk əsilli şəxs təhlükəsizlik rəisi təyin edilib.

"MediaPost" xəbər verir ki, ABŞ tarixində ilk dəfə olaraq belə bir hal yaşanıb.

Rəis təyin olunan türk əsilli İbrahim Mayk Baykora Paterson Bələdiyyəsində təşkil olunan təntənəli tədbirlə Qurana əl basaraq and içib. Andiçmə mərasimində amerikalılarla yanaşı, türk dərnəklərinin prezidentləri və ABŞ-da fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Bölgə əhalisi türk əsilli rəisin andiçmə mərasiminə böyük maraq göstərib. Mərasimin təşkil olunduğu salona girə bilməyənlər İbrahim Mayk Baykoranı təbrik etmək üçün çöldə gözləyiblər.

Eskişehirdə dünyaya gələn Baykora kiçik yaşlarından ailəsi ilə birgə Amerikaya köçüblər. O, Nyu Cersiyanın "Rutgers" Universitetində kimya mühəndisliyi üzrə təhsil alıb.