Dünyanın koronavirusa yoluxmayan yeganə qitəsindən fotolar

  • 25 mart, 2020 17:17
Dünyanın koronavirusa yoluxmayan yeganə qitəsindən fotolar

Çinin Uhan şəhərində meydana gələn və qlobal bir problemə çevrilən koronavirus pandemiyası (COVID-19) demək olar ki, bütün dünyanı əhatə edib.

“MediaPost” xarici mediaya istinadən xəbər verir ki, Asiya, Avropa və Amerika qitəsini öz cənginə alan virusun tək yayılmadığı yer Antarktidadır. Cəmi 4 min insanın yaşadığı bu qitə, qlobal böhrana çevrilən koronavirusun yaratdığı fəsadları uzaqdan seyr edir.


Soyuq havada yaşamaq şansı çox olduğu deyilən virusa, hər tərəfi qar və buzla örtülən Antarktidada rast gəlinmir.

“Washington Post”da dərc olunan xəbərə görə, sözügedən qitədə araşdırma aparan italiyalı Alberto Della Rovere ölkəsindəki fəlakəti dünyanın digər bir tərəfindən narahatlıqla seyr edir: ”Hazırda burada daha təhlükəsiz şəraitdəyik. Lakin ölkəmiz və qohumlarımız üçün çox narahatıq” – deyə 35 nəfərlik araşdırma qrupunun rəhbəri Alberto Della sosial şəbəkə vasitəsi ilə dostlarına müraciət edib.


Alberto bildirib ki, koronavirusun olmamasına rəğmən Antarktidaya giriş-çıxış məhdudlaşdırılıb.Bir çox ölkələrin araşdırma qrupunun olduğu qitədən ABŞ tədqiqatçısı dünyaya mesaj yollayaraq “Bizdən narahat olmayın" ifadələrini işlədib.


Qeyd edək ki, qitədə 28 ölkənin tədqiqat qrupu araşdırma aparır. Onlardan ən böyük qrup isə ABŞ-a məxsusdur.Bu qrupun yerləşdiyi stansiyada minlərlə insan yaşayır.


Antarktidada ən məşhur vaxt oktyabr-fevral ayları hesab olunur. Çünki həmin aylarda qitədə yay fəsli hökm sürür. Yaz aylarında isə bura gələn turistlərin sayı artır.


Mütəxəssislərin fikrincə bu qitədə virus yayılarsa, o zaman vəziyyət daha acınacaqlı olacaq. Çünki burada karantin mərkəzləri qurmaq faktiki olaraq mümkün deyil və tibbi ləvazimatlar çatışmır.



Müşviq Tofiqoğlu