"İtaliyada koronavirusun yayılmasına iki böyük səhv səbəb olub"

  • 25 mart, 2020 23:28

İtaliyada koronavirusun ən çox yayıldığı və ölüm hallarının yüksək olduğu Berqamo şəhərinin bələdiyyə başçısı Georgio Gori “COVİD – 19”un iki böyük səhv səbəbindən geniş vüsət aldığını açıqlayıb.

“MediaPost” xarici mediaya istinadən xəbər verir ki, bələdiyyə başçısı Alzano Lombardo xəstəxanasında qeydə alınan ilk yoluxma hadisəsinə ciddi yanaşılmadığını və heç bir analiz aparılmadığını dilə gətirib.

Digər tərəfdən Atalanta-Valensia oyununda həddindən çox futbol həvəskarının stadiona toplaşdığını və bu səbəbdən də virusun geniş kütlə arasında yayıldığını vurğulayıb.

Bələdiyyə başçısı qeyd edib ki, ölüm sayı rəsmi rəqəmlərdən 4 dəfə çoxdur. Lambardiya bölgəsində yerləşən və təxminən 1 milyondan artıq insan məskunlaşan Berqamo şəhərində 1176 nəfərin virusdan öldüyünü deyən Georgio Gori, bu rəqəmin ölkə üzrə 1/5 nisbətində olduğunu açıqlayıb.


Müşviq Tofiqoğlu