İtaliyada ölənlərin sayı Çini keçdi - Hərbi maşınlar cəsədləri daşıyır - VİDEO

  • 20 mart, 2020 10:25
İtaliyada ölənlərin sayı Çini keçdi - Hərbi maşınlar cəsədləri daşıyır - VİDEO

Koronavirusdan ölənlərin sayının 3405-ə çatdığı İtaliya insan itkisinə görə, Çini də geridə qoyub.

"MediaPost" xəbər verir ki, həyatını itirən insanların cansız bədənləri hərbi maşınlara yerləşdirilərək başqa şəhərlərə aparılıb.

Cəsədlərin hərbi maşınlarla daşındığı həmin anların görüntüsü sosial mediada paylaşılıb. İtaliyanlar sözügedən görüntüləri ölkə tarixinin ən ağır mənzərəsi kimi qiymətləndirib.