Koronavirus ölümlərində ilk yaşanıb

  • 26 mart, 2020 10:05
Koronavirus ölümlərində ilk yaşanıb

Koronavirus təhlükəsi sürətlə yayılmaqda davam edir.

İngiltərədə ötən gün 21 yaşlı qızın ölümü insanların narahatlığına səbəb olub.

"MediaPost" "Reuters"ə istinadən xəbər veriri ki, Kloi Midelton adlı 21 yaşlı qız koronavirus səbəbilə həyatını itirib.

Verilən məlumatda bildirilib ki, heç bir xroniki xəstəlik keçmişi olmayan Kloi qəfil virusa yoluxub və dünyasını dəyişib.

Xatırladaq ki, İngiltərədə koronavirusdan ölənlərin sayı 422-yə, yoluxanların sayı 8 min 77-ə çatıb.