Rusiya sərhədlərini bağlayır

  • 28 mart, 2020 18:53
Rusiya sərhədlərini bağlayır

Rusiya sərhəd buraxılış məntəqələri boyunca avtomobil, dəmir yolu, piyada və çay yolu vasitəsilə hərəkəti müvəqqəti olaraq məhdudlaşdırıb.

"MediaPost" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə qərar Rusiya hökumətinin rəsmi saytında dərc olunub:

“Rusiya Nəqliyyat nazirliyi, Federal Təhlükəsizlik Xidməti, Federal Gömrük Xidməti, İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət Federal Xidməti ilə birlikdə martın 30-u Moskva vaxtı ilə saat 00:00-dan etibarən Rusiyanın dövlət sərhədi boyunca avtomobil, dəmir yolu, piyada, çay və qarışıq keçid məntəqələri vasitəsilə, habelə Rusiya-Belarus ərazisindən keçən hissədə nəqliyyat vasitələrinin hərəkətini müvəqqəti məhdudlaşdırır”.