Rusiyada 2 nəfər koronavirusdan ölüb

  • 25 mart, 2020 20:54
Rusiyada 2 nəfər koronavirusdan ölüb

Rusiyada koronavirus səbəbilə ölüm faktı qeydə alınıb.

"MediaPost" xəbər verir ki, Moskva şəhərində 2 nəfərin həyatını itirdiyi bildirilir.

Belə ki, həmin şəxslər yaşlı olduğu və pnevmoniya, o cümlədən oxşar xəstəliklərdən əziyyət çəkdiyi deyilir.

Məlumata görə, ölənlərdən birinin 88, digərinin isə 73 yaşı olub.