Ştat rəhbəri koronavirusa görə əsəbiləşdi: "Bu, məni dəli edir"

  • 25 mart, 2020 21:35
Ştat rəhbəri koronavirusa görə əsəbiləşdi:

ABŞ-da insanların koronavirusa görə, kütləvi toplaşması qadağan edilsə də, buna məhəl qoymayaraq qaydaları pozanlara rast gəlinir.

“MediaPost” xarici mediaya istinadən xəbər verir ki, belə əyləncə yığıncaqlarından biri zamanı Kentukki ştatında koronavirusa yoluxma halı qeydə alınıb.

Virusa yoluxan şəxsin kimliyi barədə əlavə məlumat verilməsə də, ştat rəhbərliyi insanları qaydalara riayət etməyə çağırıb.

”Özlərini məğlubedilməz sayırdılar, bax bu məni dəli edir”, – deyə Kentukki ştatının rəhbəri Endi Besher əlavə edib.

Qeyd edək ki, ABŞ-da virus səbəbindən ölənlərin sayı 593-dən 802-yə yüksəlib. Aktiv virus daşıyıcılarının sayı isə 55 mindən çoxdur.

Müşviq Tofiqoğlu