Türkiyədə koronavirusdan ölənlərin sayı artır

  • 28 mart, 2020 21:23
Türkiyədə koronavirusdan ölənlərin sayı artır

Son sutkada Türkiyədə yeni tip koronavirusdan (COVID-19) 16 nəfər ölüb, 1 704 yeni yoluxma qeydə alınıb.

"MediaPost" xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Naziri Fəxrəddin Qoca "Twitter" hesabında məlumat paylaşıb.

Nazir qeyd edib ki, virusdan ölənlərin ümumi sayı 108 nəfərə çatıb, xəstələrin sayı isə 7 402 nəfərdir, 70 nəfər koronavirusdan müalicə olunub.