Virusa yoluxan ulduz futbolçu danışdı: "İlk hiss etməyə başladığımda..."

  • 28 mart, 2020 18:06
Virusa yoluxan ulduz futbolçu danışdı:

"Yuventus" futbol klubunun koronavirus testi müsbət çıxan 23 yaşlı ulduzu Paulo Dibala yaşadığı gərginliyi və hiss etdiklərini azarkeşləri ilə bölüşüb.

"MediaPost" bu barədə xarici mətbuata istinadən məlumat verir.

"İlk hiss etməyə başladığım zaman 5 dəqiqədən bir yorulurdum. Nəfəs almaqda çox çətinlik çəkirdim. Xəstəliyim ağırlaşdıqca bədənimdəki dəyişiklikləri də hiss etməyə başladım. Əzələlərimdə güclü ağrılar olurdu. Ancaq müalicədən sonra yaxşılaşdım. İndi yavaş-yavaş məşqlərə başlamışam", - deyə ulduz fulbolçu bildirib.