Xameneidən Osmanlı açıqlaması: "Torpaqların bölüşdürüldüyü gün..."

  • 22 may, 2020 15:20
Xameneidən Osmanlı açıqlaması:

İranın dini lideri Ayətullah Əli Xamanei ilk dəfə Qüds günündə Fələstin probleminin günahkarlarından danışıb.

İranın ali lideri Ayətullah Əli Xamanei ilk dəfə Qüds günündə Fələstin probleminin günahkarlarından danışıb.

“MediaPost” xəbər verir ki, o tragediyadanın əsas günahkarlarının Qərb hökumətləri və onların "şeytani siyasəti" olduğunu deyib:

“Birinci Dünya müharibəsini qazanan dövlətlər Osmanlı İmperiyasının Asiyadakı torpaqlarını ən vacib müharibə qəniməti olaraq aralarında paylaşdılar. Onlar həmin gün hakimiyyətlərini davam etdirə bilmək üçün bölgənin qəlbində təhlükəsiz baza yaratmaq ehtiyacı hiss etdilər”.

A.Xamenei İkinci Dünya müharibəsindən sonra da bölgə ölkələrinin qəflət yuxusundan faydalanan Qərbin İsraili formalaşdırdığını bildirib. O, Qərb ölkələrinin ilk növbədə Fələstinə daha sonra da bölgə ölkələrinə zərbə vurmağı planlaşırdığını söyləyib.

Xamenei həmçinin Fələstinin azad edilməsinin islami vəzifə borcu olduğunu deyib.