Dünyada koronavirusa yoluxanların sayı 2 milyonu ötdü - STATİSTİKA
15.04.2020 07:57 Gündəm

Dünyada koronavirusa yoluxanların sayı 2 milyonu ötdü - STATİSTİKA

"MediaPost" "Worldmeters" platformasına istinadla xəbər verir ki, ölənlərin sayı da artaraq 126 754 nəfərə çatıb.

Ümumi sağalanların sayı 484 597 nəfər təşkil edib.

Koronavirus yoluxmalarınən sayına görə ilk onluqda ABŞ, İspaniya, İtaliya, Fransa, Almaniya, Birləşmiş Krallıq (İngiltərə), Çin, İran, Türkiyə və Belçika qərarlaşıb.

Ən çox ölüm halları isə ABŞ (26 min), İtaliya (21 min),İspaniya (18 min), Fransa (15 min) və Birləşmiş Krallıqda (12 min) qeydə alınıb.

Xəbərlər departamenti

Gündəm