Dünyada koronavirusa yoluxanların sayı 3 milyonu ötdü - STATİSTİKA
27.04.2020 10:28 Gündəm

Dünyada koronavirusa yoluxanların sayı 3 milyonu ötdü - STATİSTİKA

Dünyada koronavirusa yoluxanların sayı 3 milyonu ötüb.

“MediaPost” “Worldmeters” istinadla xəbər verir ki, bu vaxta qədər 200-dən çox ölkədə 3 003 229 nəfər koronavirusa yoluxub.

COVID-19 infeksiyasından sağalanların sayı 882 552, bu virusdan ölənlərin sayı isə 207 094 nəfər təşkil edib.

Yoluxmanın ən çox qeydə alındığı ölkələr ABŞ (987,322), İspaniya (226,629), İtaliya (197,675), Fransa (162,100), Almaniya (157,770), İngiltərə (152,840), Türkiyə (110,130), İran (90,481), Rusiya (87,147) və Çindir (82,830).

Koronavirusdan ən çox ölüm (55 415) və ən çox sağalma (118,781) ABŞ-da qeydə alınıb.

Yoluxanların sayı ilə müqayisədə ən çox sağalma Çində ( 93%) və Almaniyada (72 %) olub.

Xəbərlər departamenti

Gündəm