Dünyada koronavirusa yoluxanların sayı 62 milyonu keçib
29.11.2020 09:22 Cəmiyyət

Dünyada koronavirusa yoluxanların sayı 62 milyonu keçib

Dünyada COVID-19 infeksiyasına yoluxmuş xəstələrin sayı 62 milyonu ötüb.

"MediaPost" xəbər verir ki, bu barədə məlumatı ABŞ-ın Cons Hopkins Universiteti yayıb.

Məlumata görə, dünyası əhalisinin ümumilikdə 62 094 127 nəfəri bu virusa yoluxub. Ən çox yoluxma halları ABŞ-da (13,2 milyon) qeydə alınıb. İkinci yerdə 9,5 milyon yoluxma ilə Hindistan, üçüncü yerdə 6,2 milyon insanda infeksiyanın aşkarlandığı Braziliya durur. İlk beşliyi Fransa (2,26 milyon) və Rusiya (2,24 milyon) tamamlayır.

Universitetin hesabatında qeyd olunur ki, pandemiyanın başlanğıcından bəri dünyada 1,4 milyon insan koronavirus infeksiyasından ölüb. ABŞ ölüm sayında da lider olaraq qalır, burada 266 min nəfər koronavirusun qurbanına çevrilib. Daha sonra Braziliya (171,9 min), Hindistan (136,2 min), Meksika (104,2 min) və Britaniya (58,1 min) gəlir.

Xəbərlər departamenti

Gündəm