Dünyada koronavirusun olmadığı yerlər açıqlandı
27.02.2021 01:00 Dünya

Dünyada koronavirusun olmadığı yerlər açıqlandı

İtaliya dünyada koronavirusdan ən çox zərər çəkən ölkələrdən biridir. Lakin nə qədər qəribə olsa da, planetdə COVID-19-un olmadığı yeganə yer də məhz İtaliyadadır.

"MediaPost" bildirir ki“Korrespondent” nəşrinin məlumatına görə, Aralıq dənizindəki İtaliyaya məxsus bəzi adalarda ölümcül virus qeydə alınmayıb.  

Bu adalar sahilə uzaq məsafədə yerləşən Linoza, Trimiti arxipelaqına aid San-Nikola və San-Domino, eləcə də Felikudi və Alikuda adalarıdır.

Vulkano adasında isə pandemiya başlayandan bəri cəmi bir koronavirus xəstəsi aşkar olunub.

Xəbərlər şöbəsi

Gündəm