Dünyada və Azərbaycanda ən çox istifadə olunan soyadlar - SİYAHI
05.02.2020 06:35 Dünya

Dünyada və Azərbaycanda ən çox istifadə olunan soyadlar - SİYAHI

“MediaPost” sözügedən siyahıdakı ölkələrdən bəzilərində populyar olan soyadların siyahısını təqdim edir:

Xəritəyə görə, Azərbaycanda ən çox istifadə olunan soyad Məmmədov, Türkmənistanda isə Mamedovdur.

Bundan əlavə, Rusiyada İvanov, Türkiyədə Yılmaz, Ermənistanda Qriqoryan, Gürcüstanda Beridze, İranda Mohammadi, Qazaxıstan və Özbəkistanda Kim, Qırğızıstanda İsmailova, Tacikistanda Şaripov, Çində Vanq, Kanada, Amerika Birləşmiş Ştatları və Birləşmiş Krallıqda Smit, Şimali Koreyada Kim, Yaponiyada Sato, İordaniyada Allah, Pakistan və Qətərdə Xan, Hindistanda Devi, İtaliyada Rossi, Fransada Martin, İsveçrə və Almaniyada Müller, Norveçdə Hansen, İspaniyada Qarsia ən çox istifadə edilən soyadlarıdır.

Billurə Yunus

Xəbərlər departamenti

Gündəm