Dünyanın ən güclü donanmalarının siyahısı açıqlandı
12.12.2019 14:42 Gündəm

Dünyanın ən güclü donanmalarının siyahısı açıqlandı

Mediapost.az bildirir ki, ABŞ və Rusiyanın da Hərbi Dəniz Qüvvələri (HDG) də siyahıda yer alıb.

Birinci yerdə 10 təyyarə gəmisi, 17 friqat və 62 esmines daxil olmaqla 288 gəmisi olan ABŞ donanması qərarlaşıb. Materialda qeyd olunur ki, heç bir başqa hərbi-dəniz donanmasının belə qlobal əhatə dairəsi yoxdur, ABŞ-ın Hərbi Dəniz Qüvvələri Sakit, Atlantik və Hind okeanlarında, Aralıq dənizində, İran körfəzində və Afrikada işləyirlər.

Siyahıda ikinci yerdə 25 ən güclü esmines, 42 friqat və 3 desant gəmisi ilə Çinin hərbi-dəniz donanması yerləşib.

“The National İnterest” jurnalının fikrincə, Rusiya dünyanın ən güclü donanmalar arasında 3-cü yer tutur. HDG-nin bir hissəsi Sovet dönəmindən Rusiyaya qalıb, lakin yeni texnika da gəlir. Rusiya donanmasında 79 iri gəmi, yəni 13 esmines, 1 təyyarə gəmisi, 5 kreyser və 52 sualtı gəmi var.

4 yerdə Britaniyanın Kral Hərbi Dəniz Qüvvələri yerləşir. Onlarda 19 friqat və esmines, 7 atom və 4 ballistik raketli sualtı gəmisi var.

Beşliyi 114 gəmi ilə Yaponiyanın hərbi-dəniz donanması qapayır.

Nərgiz Malik

Xəbərlər departamenti

Gündəm