Dünyanın ən yavaş gedən 10 avtomobili hansılardır?
30.12.2019 09:15 Fikirlər

Dünyanın ən yavaş gedən 10 avtomobili hansılardır?

Bəs niyə dünyanın bu şirkətləri həm də ən yavaş gedən maşınlarını istehsal edirlər? Həddindən artıq aşağı mühərrik gücünün və maksimum sürəti aşağı olan avtomobillər istehsal etməsini seçməsinin səbəbi əslində, başa düşüləndir.

Həm istehsal, həm də satış qiymətləri baxımından olduqca ucuz olmamaqla yanaşı, bu avtomobillər də olduqca aşağı yanacaq istehlakına malikdir.

“MediaPost” oxuculara dünyanın ən 10 zəif avtomobilini təqdim edir:

Nissan Versa Note SR

Dünyanın ən yavaş gedən 10 avtomobili hansılardır?

”Nissan Versa Note SR”in idman görünüşünə aldanmayın. Cəmi 103 at qüvvəsi olan avtomobil 100 kilometi 10,3 saniyədə yığır.

Mitsubishi i-Miev

Dünyanın ən yavaş gedən 10 avtomobili hansılardır?

Əlbəttə ki, bazarda elektrikli maşınların hamısı yavaş deyil. Məsələn, “Tesla Model S” buna əyani misaldır. Lakin “Mitsubishi” “Tesla” deyil. 100 kilometri 13,4 saniyədə yığan avtomobil 66 at gücünə sahibdir. Yeganə üstünlüyü isə “Tesla” ilə müqayisədə olduqca ucuz olmasıdır.

Fiat Qubo

Dünyanın ən yavaş gedən 10 avtomobili hansılardır?

Təbiidir ki, bu tip avtomobildən heç kim yüksək performans gözləmir, amma “Fiat Qubo” cəmi 76 at gücünə sahib olan mühərrik ilə 100 kilometi 17,7 saniyəyə yığa bilir.

Smart FourTwo CDI

Dünyanın ən yavaş gedən 10 avtomobili hansılardır?

Bu 2 nəfərlik, arxa ötürücülü avtomobil istehsalçı “Daimler AG” şirkətini 4 milyard dollar ziyana salıb. Qutuya bənzəyən avtomobil 61 at gücünə malik mühərriki ilə 100 kilometri yığmaq üçün sahibini 19,5 saniyə gözləməyə məcbur edir.

Hindustan Ambassador 1.5 DSZ

Dünyanın ən yavaş gedən 10 avtomobili hansılardır?

Yalnız Hindistanda görə biləcəyiniz bu avtomobil həqiqətən yavaşdır. 28 saniyədən sonra 50 kilometrə qədər sürət yığan avtomobil Hindistanın simvolik dəyəri hesab olunur.

Tata Nano

Dünyanın ən yavaş gedən 10 avtomobili hansılardır?

Bu avtomobil “Tata” şirkətinin baş direktoru Ratan Tatanın Hindistanda hər kəs üçün bir avtomobil yaratmaq xəyalının bəhrəsidir. Çox ucuz, “Nano” 37 at gücündə mühərrikə sahibdir. 100 kilometr sürəti isə nə az, nə çox düz 29,4 saniyəyə yığır. Amma yığcam və qənaətcil mühərrik sizə qənaət etməyə imkan verir.

MIA Electric Car

Dünyanın ən yavaş gedən 10 avtomobili hansılardır?

Cəmi 3 saata elektrik enerjisi ilə dolan bu avtomobilin ən mənfi cəhəri cəmi 13 at gücünə sahib mühərrikinin olmasıdır. 30 saniyədə 100 kilomet sürət yığan bu vasitə 3 nəfəri daşıyan minik maşınına bənzəyir.

Renault Twizy

Dünyanın ən yavaş gedən 10 avtomobili hansılardır?

Frankfurt avtosalonunda konsepsiya olaraq ilk dəfə təqdim olunan bu avtomobil elə həmin ildən başlayaraq il Fransada istehsal olunmağa başladı. Sürücülər üçün olduqca rahat olan bu 2 nəfərlik avtomobil, təəssüf ki, cəmi 17 at gücündə mühərriki ilə maksimum 100 kilometr sürət yığa bilmir.

Aixam Coupe

Dünyanın ən yavaş gedən 10 avtomobili hansılardır?

İlk baxışdan idman avtomobilinə bənzəyən “Axiom Coupe”ə dörd təkərli motosiklet demək daha doğru olardı. 5.6 at gücünə malik mühərrikə sahib olan avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi də lazım deyil. Maksimum 48 km/saat sürətə sahib olan nəqliyyat vasitəsi, avtomobil həvəskarları üçün olmasa da, sürməyi öyrənən gənclər üçün idealdır. Çətin qəza sınaqlarını müvəffəqiyyətlə keçə bilən bu maşın, uşağının necə sürməyi öyrənməsini, həm də təhlükəsizliyi barədə düşünməsini istəyənlər üçün əlverişlidir.

Peel P50

Dünyanın ən yavaş gedən 10 avtomobili hansılardır?

Dünyadakı ən yavaş maşın hesab olunan avtomobilin cəmi 114 sm uzunluğu və 104 sm eni var. Ən kiçik sürücü belə nəqliyyat vasitəsinin içində nəhəng görünür. 3.35 at gücünə malik mühərriklə avtomobilin ən yüksək sürəti 48 km/saatdır. Ancaq bu sürətə çatmaq üçün kifayət qədər uzun vaxt tələb oluna bilər.

Teymur Məmmədov, xüsusi olaraq "MediaPost" üçün

Xəbərlər departamenti

Gündəm