Dünyanın ən yaxşı şəhərlərinin adları açıqlandı
10.01.2020 08:54

Dünyanın ən yaxşı şəhərlərinin adları açıqlandı

“MediaPost” Lenta.ru-ya istinadən xəbər verir ki, araşdırma üçün təhlilçilər 1 milyondan çox əhalisi olan şəhərləri iqlim, təhlükəsizlik səviyyəsi, istirahət və attraksionlar üçün infrastrukturun mövcudluğu, təhsil müəssisələrinin, hava limanlarının, restoranların və mağazaların durumu, təhsilli sakinlərin payı, vətəndaşların gəlir səviyyəsi, populyarlıq da daxil olmaqla bir sıra parametrlərə görə qiymətləndirib.

Nəticələrdə dünyada həyat üçün ən yaxşı meqapolislərin reytinqinə London başçılıq edir, ardınca Nyu-York, Paris və Tokio gəlir. Moskva siyahıda beşinci yerdə qərarlaşıb. İlk onluqda Dubay, Sinqapur, Barselona, Los-Anceles və Roma da yer alır.

Xatırladaq ki, ötən ilin dekabrında Rusiya daxilində də analoji reytinq cədvəli hazırlanmışdı. Tümen 10 ballıq şkala üzrə 7.5 balla ilk yeri tutub, ikinci yerdə 7,3 balla Gelencik qərarlaşıb. Yeysk şəhəri üçüncü, Çeçenistanın paytaxtı Qroznı isə dördüncü yeri tutub. Siyahıda beşinci yerdə isə Kalininqrad anklavından Quryevsk şəhərinin adı var.

Coşqun Əli

Xəbərlər departamenti

Gündəm