Dünyanın gündəmini zəbt edən 5 qadın: Finlandiyanı onlar idarə edir - FOTOLAR
13.12.2019 12:33 Gündəm

Dünyanın gündəmini zəbt edən 5 qadın: Finlandiyanı onlar idarə edir - FOTOLAR

Hazırda siyasətdə də əks olunan gender problemində kişilər üstünlük təşkil edir. Lakin dünya siyasətində qadınların vəzifələrə təyin olunması da az deyil.

Dünyadakı bir çox ölkələrdə qadınlara seçmək və seçilmək hüququnun verilməsinin hələ yüz ili tamamlanmayıb.

Qadınlara seçmək və seçilmək hüququnu tanıyan ilk ölkə isə Finlandiya olub. Hazırda yaşam standartlarının olduqca yüksək olduğu Finlandiya qadınlara 1906-cı ildə səsvermə haqqını tanıyıb.


Yenə də bir çox ölkədə qadınların siyasətdə iştirakı kişilərə nisbətən daha azdır. Ancaq Finlandiya bu istiqamətdə nümunəvi addımlar atır.

Mediapost.az Musavat.com-a istinadən son günlər sosial şəbəkədə gündəm olan Finaldiyanı idarə edəcək qadın haqda maraqlı məlumatları sizlərə təqdim edir.

Hökumətdə təmsil olunacaq 5 qadından 4 nəfərinin 35 yaşa qədər olması Finlandiyada “siyasətdə artan qlobal gənclər hərəkatının həyatadavamlılıq nümunəsi” adlandırılır.

Belə ki, xanım baş nazir Sanna Marinin qələbəsi ilə Finlandiya dünyada qadınların əsas siyasi postlarda təmsil olunduğu önəmli ölkəyə çevrilib. Yəni, ölkənin 5 əsas siyasi partiyasının hər birisinə qadın siyasətçi liderlik edir.

finlandiya

32 yaşlı Katri Kulmuni Mərkəz Partiyasının, 34 yaşlı Mariya Oxisalo Yaşıl Liqa Partiyasına, 32 yaşlı Li Andresson Sol İttifaq Partiyasına, 55 yaşlı Anna-Mayya Henrikson Finlandiyanın İsveç Xalq Partiyasına başçılıq edir.

Sanna Marin isə beş partiyalı koalisiya hökumətinin ən böyük partiyası olan Sosial Demokrat Partiyasının rəhbəridir.

Finlandiyanı idarə edəcək sözügedən 5 qadının adları və vəzifələri...

1.Li Anderson

Li Andersson ile ilgili görsel sonucu

32 yaşlı Li Anderson Finlandiyada Sol İttifaqının lideridir. Finlandiya parlamentinin üzvü olan Anderson iyun ayında təhsil naziri təyin edilib.

2.Maria Oxisalo

Maria Ohisalo ile ilgili görsel sonucu

34 yaşlı Maria Oxisalo isə koalisiyada yer alan Yaşıl Liqa Partiyasına liderlik edir. Bu il parlament seçkilərində 11 min 797 səs toplayan Maria Oxisalo xarici işlər naziri təyin edilib.

3.Katri Kulmini

Katri Kulmuni ile ilgili görsel sonucu

2015-ci ildən parlamentin üzvü olan Katri Kulmini isə ən gənc qadın liderdir. 32 yaşlı Katri Finlandiyada Mərkəz Partiyasının lideridir.

4.Anna-Mayya Henrikson

Anna-Maja Henriksson ile ilgili görsel sonucu

55 yaşlı Anna-Mayya Henrikson Finlandiyanın İsveç Xalq Partiyasına başçılıq edir. O, 2014-2015-ci illərdə ədliyyə naziri olaraq işləyib. Anna-Mayya Henrikson 2007-ci ildən bu yana parlamentin üzvüdür.

5.Sanna Marin

Sanna Marin ile ilgili görsel sonucu

Baş nazir seçilməsi ilə gündəmə gələn 34 yaşlı Sanna Marin Sosial Demokrat Partiyasının lideridir. 2015-ci ildən bəri parlamentin üzvü olan Sanna Marin ölkənin 3-cü qadın baş naziridir.

Sanna Marinin baş nazir seçilməsi ilə bağlı dedikləri: “Heç bir zaman yaşımı, ya da cinsiyyətimi düşünürək, hərəkət etmədim. Mənim üçün əsas olan siyasətə qatılma səbəblərim və seçicilərimin mənə duyduğu güvəndir”.


Xəbərlər departamenti

Gündəm