Düşmən ağır itkilərə məruz qalıb - VİDEO
03.11.2020 15:20 Qarabağ Azərbaycandır

Düşmən ağır itkilərə məruz qalıb - VİDEO

Noyabrın 3-də Ermənistan silahlı qüvvələri cəbhənin Ağdərə, Ağdam və Xocavənd istiqamətində hücuma keçməyə cəhd göstərib.

Müdafiə Nazirliyindən "MediaPost"a verilən məlumata görə, bölmələrimiz tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən hücumunun qarşısı alınıb və o, ağır itkilərə məruz qalaraq geri çəkilməyə məcbur edilib.
Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.

https://youtu.be/_LGlU5qUbSs

Xəbərlər departamenti

Gündəm