Düşmən kvadrokopteri məhv edilib
26.10.2020 17:41 Qarabağ Azərbaycandır

Düşmən kvadrokopteri məhv edilib

Azərbaycan Ordusuna məxsus zərbə PUA-nın cəbhə xəttində guya məhv edilməsi barədə Ermənistanın yaydığı məlumatın heç bir əsası yoxdur və yalandır.

Bu barədə "MediaPost"a Müdafiə Nazirliyindən məlumat verilib.

"Tam əksinə, bu gün günorta saatlarında Ermənistan-Azərbaycan dövlət sərhədinin Daşkəsən rayonu sahəsində bölmələrimizin mövqeləri üzərində uçuş keçirməyə cəhd göstərən düşmən kvadrokopteri atıcı silahlardan açılan atəşlə məhv edilib" - məlumatda bildirilib.

Xəbərlər şöbəsi

Gündəm