Düşmən Tərtər və Ağcabədi rayonlarının ərazisini atəşə tutur  - TƏCİLİ
04.11.2020 09:13 Hərbi

Düşmən Tərtər və Ağcabədi rayonlarının ərazisini atəşə tutur - TƏCİLİ

Noyabrın 4-ü saat 08.05-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunun Hüsənli və Qazyan kəndlərini, eləcə də Ağcabədi rayonunun Hacılar, Qaraxanlı və Boyat kəndlərini ara-sıra artilleriya atəşinə tutur.

Müdafiə Nazirliyindən "MediaPost"a verilən məlumata görə, Azərbaycan Ordusunun bölmələri adekvat cavab tədbirləri görür.

Xəbərlər departamenti

Gündəm