Düşmən Tərtəri atəşə tutur - 1 nəfər yaralandı
Tərtər şəhəri Ermənistan tərəfindən ağır toplardan atəşə tutulur.
"MediaPost" xəbər verir ki, bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev özünün tvitter hesabında yazıb.
"Bir mülki şəxs yaralanıb. Ermənistanın hərbi-siyasi rəhbərliyi dinc əhaliyə qarşı terror siyasətini davam etdirir. Tərtər Ermənistanın hədəf aldığı bütün hücumlara qətiyyətlə və qürurla müqavimət göstərir".