Düşmənin atəş nöqtəsi və şəxsi heyəti məhv edilib - <span>VİDEO</span>
09.11.2020 11:13 Hərbi

Düşmənin atəş nöqtəsi və şəxsi heyəti məhv edilib - VİDEO

Noyabrın 8-dən 9-na keçən gecə Ermənistan silahlı qüvvələrinin 10-cu dağatıcı diviziyasının Tərtər rayonunu Ulu Qarabəy (keçmiş Metsşen) məntəqəsindəki atəş nöqtəsində qərarlaşan minaatan heyəti Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.

Bu barədə "MediaPost"a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bölmələrimiz tərəfindən həmin atəş nöqtəsindəki minaatan və heyəti dəqiq zərbə ilə məhv edilib.

Bölmələrimiz tərəfindən Tonaşen məntəqəsi yaxınlığındakı düşmənin 1 ədəd T-72 tankı və cəbhənin Xocavənd istiqamətində hərəkət edən şəxsi heyəti də sərrast atəşlə məhv edilib.

 

Xəbərlər şöbəsi

Gündəm