Düşmənin kəşfiyyat-diversiya qrupu məhv edilib, silah-sursatı ataraq qaçıblar - MN
03.11.2020 13:48 Qarabağ Azərbaycandır

Düşmənin kəşfiyyat-diversiya qrupu məhv edilib, silah-sursatı ataraq qaçıblar - MN

Noyabrın 2-də Azərbaycan Respublikasının Zəngilan rayonu istiqamətində Ermənistan ilə dövlət sərhədində düşmənin növbəti təxribatının qarşısı alınıb.

"MediaPost" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Ermənistan ərazisindən bölmələrimizə hücum edərək dövlət sərhədindəki əlverişli yüksəklikləri ələ keçirməyə cəhd edən düşmənin kəşfiyyat-diversiya qrupu zərərsizləşdirilib.

Düşmən döyüş itkilərini və silah-sursatlarını ərazidə ataraq geri qaçmağa məcbur edilib.

Xəbərlər şöbəsi

Gündəm