Düşmənin Tonaşendəki hərbi infrastrukturu dağıdıldı - VİDEO
05.11.2020 18:02 Qarabağ Azərbaycandır

Düşmənin Tonaşendəki hərbi infrastrukturu dağıdıldı - VİDEO

Cəbhənin Tərtər istiqamətində Azərbaycan Ordusunun bölmələri tərəfindən həyata keçirilən əməliyyat nəticəsində düşmənin hərbi infrastrukturuna ciddi ziyan vurulub.

Bu barədə "MediaPost"a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Düşmənə endirilən artilleriya zərbələri ilə Ermənistan silahlı qüvvələrinin 10-cu dağatıcı diviziyasının Tonaşen kəndində yerləşən 7-ci dağatıcı alayının qərargahı, əsgər kazarmaları, sursatla dolu avtomobil texnikaları və digər hərbi infrastrukturu dağıdılıb.

Görüntüləri təqdim edirik:

Rahim Tarıverdiyev

Gündəm