Ədəbsiz hərəkəti ona baha başa gəldi: 75 dəfə artıq cərimə - <span>FOTO</span>
07.08.2020 14:30 Gündəm Dünya

Ədəbsiz hərəkəti ona baha başa gəldi: 75 dəfə artıq cərimə - FOTO

Almaniyada sürət həddini aşan sürücüyə verilən cəza sözügedən şəxsin radar kamerasına ədəbsiz əl hərəkəti göstərməsi nəticəsində 75 dəfə artırılıb.

“MediaPost” xəbər verir ki, hadisə Oberfranken vilayətində baş verib. Belə ki, adı açıqlanmayan şəxs sürət limiti 70 km/saat olan yolda 81 km/saatla getdiyi üçün radara düşüb. 

26 yaşlı sürücü normal şərtlərdə limiti 11 km/saat keçdiyi üçün 20 avroluq cəza ödəməli idi. Lakin polis əməkdaşlarının verdiyi məlumata görə, onun cəzası radar kamerasına ədəbsiz əl hərəkəti göstərdiyi üçün 75 dəfə artırılaraq 1500 avroya yüksəldilib.

Bununla yanaşı, sürücüyə 1 ay müddətinə avtomobil idarə etmək də qadağan edilib.

Anara Mikayılova

img

Xəbərlər şöbəsi

Gündəm