Ədliyyə nazirinə yeni müavin təyin edilib
26.12.2019 11:33 Rəsmi

Ədliyyə nazirinə yeni müavin təyin edilib

"MediaPost"-un xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, Eldar Qasım oğlu Nuriyev Ədliyyə nazirinin müavini vəzifəsinə təyin olunub.

E.Nuriyev bu ilin noyabrında Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri vəzifəsindən azad edilib.

Xəbərlər departamenti

Gündəm