Əfqanıstanda ABŞ əsgərləri öldürüldü
09.02.2020 04:55 Dünya

Əfqanıstanda ABŞ əsgərləri öldürüldü

“Report” xəbər verir ki, bu barədə “New York Times” mənbəyə istinadən məlumat yayıb.

Əfqan mənbələri öldürülən ABŞ əsgərlərinin sayının 5 və ya 6 olduğunu açıqlayıblar. Bildirilir ki, hücum zamanı həmçinin 6 Əfqanıstan hərbçisi həlak olub.

ABŞ-ın Silahlı Qüvvələrinin nümayəndəsi isə bildirib ki, Birləşmiş Ştatların azı 6 əsgəri hücuma məruz qalıb. Lakin o, öldürülənlərin olub-olmadığını dəqiqləşdirməyib.

Qeyd edək ki, daha əvvəl ABŞ-ın Əfqanıstanın Nanqarhar əyalətində əməliyyat keçirən birləşmiş hərbi qüvvələrinin atəşə məruz qalması barədə məlumat yayılıb. Məlumata görə, hadisə fevralın 8-də baş verib. Hücuma görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.

Xəbərlər departamenti

Gündəm