Əfqanıstanda güclü partlayış baş verib
02.08.2020 17:59 Gündəm Dünya

Əfqanıstanda güclü partlayış baş verib

Əfqanıstanın Nanqarhar əyalətinin inzibati mərkəzi olan Cəlalabad şəhərində güclü partlayış baş verib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, şəhərin dördüncü rayonunda yerləşən həbsxananın yaxınlığında terrorçu-intiharçı partlayıcı maddələrlə dolu avtomobili partladıb.

Terror aktı nəticəsində 1 nəfər ölüb, 18 nəfər isə yaralanıb.

“MediaPost”

Xəbərlər şöbəsi

Gündəm