Əfqanıstanda hava zərbələri nəticəsində səkkiz dinc sakin həlak olub
15.02.2020 09:05 Dünya

Əfqanıstanda hava zərbələri nəticəsində səkkiz dinc sakin həlak olub

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, vilayətin qubernatoru Attaulla Xoqyani hava zərbələrinin Karak kəndinə endirildiyini deyib.

Onun sözlərinə görə, yerli sakinlər bazardan gələrkən atəş altına düşüblər.

Ölkənin Müdafiə Nazirliyi isə əfqan hərbçilərin son sutka ərzində beş hava zərbəsi həyata keçirdiklərini qeyd edib.

Hava zərbələri nəticəsində altı Taliban döyüşçüsünün öldüyü, dördünün yaralandığı bildirilir.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm