Əfqanıstanda həbsxanaya hücum: 20 nəfər öldürüldü
03.08.2020 09:13 Gündəm Dünya

Əfqanıstanda həbsxanaya hücum: 20 nəfər öldürüldü

Əfqanıstanın şərqindəki Nəngərhar vilayətinin inzibati mərkəzi olan Cəlalabad şəhərində yerləşən həbsxanaya silahlı şəxslər tərəfindən hücum edilib.

“MediaPost” TASS-a istinadən xəbər verir ki, 1TV telekanalı mənbələrinə istinadən hücum zamanı azı 20 nəfərin öldüyünü məlumat verib.

Bundan əvvəl, “TOLOnews” telekanalı hadisə nəticəsində 5 nəfərin öldüyünü, 42 nəfərin isə yaralandığını məlumat vermişdi.

Toqquşmalar səhərə qədər davam edib, hücum edən silahlılardan beşi məhv edilib. Adının açıqlanmasını istəməyən digər mənbəyin bildirdiyinə görə, hücum zamanı 700 məhbus islah müəssisəsindən qaçmağa çalışsa da yaxalanıb.

Xəbərlər şöbəsi

Gündəm