Əfqanıstanda içərisində 83 nəfərin olduğu təyyarə qəzaya uğrayıb
APA-nın xəbərinə görə, bu barədə 1TV telekanalı məlumat yayıb.
Bildirilib ki, hadisə Əfqanıstanın şərqində, Qəzni vilayətinin Deh Yak rayonunda baş verib.
Böyük Britaniyanın “Mirror” nəşrinin məlumatına görə, təyyarənin içərisində 83 sərnişin olub.
Qəzanın baş verdiyi əraziyə “Taliban” qüvvələri nəzarət edir.
"MediaPost"