Əfqanıstanda “Taliban” silahlılarının hücumu nəticəsində 23 hərbçi və polis ölüb
01.01.2020 13:27 Xarici siyasət

Əfqanıstanda “Taliban” silahlılarının hücumu nəticəsində 23 hərbçi və polis ölüb

APA-nın xəbərinə görə, bu barədə “1TV” telekanalı məlumat yayıb.

“Taliban” silahlılarının Qunduz vilayətində hərbi posta hücumu nəticəsində 8 hərbçi ölüb, 4 nəfər xəsarət alıb. Tahar vilayətinin Darkad rayonunda “Taliban” silahlılarının hücumu nəticəsində 7 hərbçi ölüb. Döyüşdə 11 silahlı öldürülüb.

“Tolo News” telekanalı isə Bəlx vilayətində postlara hücum nəticəsində 8 polisin öldüyü barədə məlumat yayıb.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm