Əfqanıstanda terror: ölən və yaralanan var
18.01.2021 23:15 Dünya

Əfqanıstanda terror: ölən və yaralanan var

Əfqanıstanda terror aktı törədilib.

Bu barədə "MediaPost" “Anadolu” agentliyinə istinadən xəbər verir.

Məlumata görə, hadisə Kabildə, Çar Kala rayonunda qeydə alınıb. Minalanmış avtomobilin partladılması nəticəsində bir nəfər həlak olub, daha bir nəfər yaralanıb.

Hadisəyə görə məsuliyyəti hələ heç bir qruplaşma üzərinə götürməyib.

Xəbərlər şöbəsi

Gündəm