Əfqanıstanın Azərbaycana təyin etdiyi səfir Bakıya gəlib
14.11.2020 19:35 Siyasət

Əfqanıstanın Azərbaycana təyin etdiyi səfir Bakıya gəlib

Əfqanıstan İslam Respublikasının Azərbaycan Respublikasına təyin etdiyi yeni Fövqəladə və Səlahiyyətli Səfiri Amanullah Ceyhun Bakıya gəlib.

“MediaPost” xəbər verir ki, o, bu təyinatadək Əfqanıstan Xarici İşlər Nazirliyinin İdarə rəisi vəzifəsində çalışıb.

Amanullah Ceyhun Əfqanıstanın Türkiyə Respublikasında və Avstraliyada səfiri olub. Bununla yanaşı, ölkəsinin Malayziya, Almaniyadakı nümayəndəliklərində müxtəlif vəzifələrdə çalışıb. Səfir ingilis, türk, ərəb, fars, özbək dillərini bilir. Amanullah Ceyhun həm də Əfqanıstanın Gürcüstanda səfiri kimi fəaliyyət göstərəcək.

Xəbərlər şöbəsi

Gündəm