Əfv Komissiyasının iclası keçirilir
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası başlayıb.
"MediaPost"ın məlumatına görə, iclasda əfvlə bağlı müraciətlərə baxılır.
Komissiyanın ötən üç iclasında 300-dən artıq müraciətə baxılmışdı.
Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ərəfəsində, may ayında Prezident İlham Əliyevin əfv sərəncamı imzalayacağı gözlənilir.