"Əgər qalib gəlsəm, Paris İqlim Müqaviləsinə yenidən qoşulacağıq"
05.11.2020 17:22 Dünya

"Əgər qalib gəlsəm, Paris İqlim Müqaviləsinə yenidən qoşulacağıq"

ABŞ Paris İqlim Müqaviləsindən çıxıb.

"MediaPost" xəbər verir ki, bununla da ABŞ 197 ölkənin iqliminin pisləşməsinə qarşı aparılan mübarizəyə dair imzaladığı müqavilədən çıxan ilk ölkə olub. 

Lakin ABŞ prezident seçkilərində mübarizə aparan demokrat namizəd Co Bayden qalib gələcəyi təqdirdə ölkəni yenidən müqavilənin tərkibinə daxil edəcəyini söyləyib.

Məlumat üçün bildirək ki, Donald Tramp müqavilədən çıxmaq üçün 2019-cu ilin 4 noyabrında rəsmi müraciət etmişdir.

Anara Mikail

Gündəm