EIA Azərbaycanın neft hasilatı proqnozunu artırıb
13.01.2021 10:10 Energetika

EIA Azərbaycanın neft hasilatı proqnozunu artırıb

ABŞ hökumətinin Enerji İnformasiyaları Administrasiyası (EIA) Azərbaycanda 2021-2022-ci illər üzrə orta gündəlik neft hasilatı proqnozunu açıqlayıb.

“MediaPost” xəbər verir ki, EIA-nın proqnozuna görə, 2021-ci ildə Azərbaycanda orta gündəlik neft hasilatı 730 min barel olacaq. Bu isə əvvəlki proqnozdan 10 min barel artıqdır.

 Proqnoza görə, 2022-ci ildə isə Azərbaycanda gündəlik neft hasilatı 780 min barel təşkil edəcək.

EIA-nın məlumatına görə, 2020-ci ildə Azərbaycanda gündəlik neft hasilatı 710 min barel təşkil edib. Bu isə proqnozdan 10 min barel artıqdır.

Xəbərlər departamenti

Gündəm