Ekrandakı qatillər – Qorxu filmləri insana necə təsir edir? XƏSTƏLİKLƏR YARADIR
09.08.2023 16:18 Mədəniyyət

Ekrandakı qatillər – Qorxu filmləri insana necə təsir edir? XƏSTƏLİKLƏR YARADIR

Aqressiya və qorxunc davranışlar nümayiş etdirən filmlər izləyiciləri cəlbetdiyi qədər, mütəxəsisslərin diqqətini də cəlb edir. Yüksək həyəcan yaşadan film janrlarından qorxu və mistik filmləri daha çox seçilir. Qorxu filmlərinin əsas məqsədi izləyiciyə qorxu və təşviş yaşatmaq, neqativ mühit yaradaraq insan psixikasını uzun müddət gərgin saxlamaqdır. Kinolentdə gördüyümüz ölülər, zombilər, vampir və s. kimi obrazlar fantaziyamızı işə salır və şüuraltımızda olan obrazları canlandırır.

Bəs qorxulu filmlər insanda psixoloji təsirdən əlavə hansı mənfi göstəricilər yaradır?

Mövzu ilə bağlı "MediaPost"a açıqlama verən psixoloq Ülviyyə Murtuzova qeyd edib ki, həyəcan və narahatlıq insanda psixoloji durumla yanaşı, artıq tibbi və bioloji fəsadları ortaya qoyur:

alt text

“Müəyyən səhnələr əsasında hazırlanan qorxu filmlərinin məsləhət olmadan nümayişi insanlarda təbii ki, qorxu hissini yaradır. Amma bu qorxu hissinin yaranma səbəbi birinci olaraq bizdə yaranan həyəcandır. Həyəcanın yaranması daha çox təhlükə, hədə və qorxudan xəbər verir. Fizioloji nöqteyi nəzərdən insanda həyəcan reaktiv vəziyyətdə olur. Bu orqanizmi mübarizəyə hazırlayan müəyyən dəyişiklikləri yarada bilər. Bu isə hər bir insanın fərdi xarakterinə bağlıdır. Bəzi şəxslər bu zaman kino zalını tərk edib gedə, bəziləri isə qorxulu vəziyyətin olmadığına özünü inandırıb, filmə baxmağa davam edə bilər. Bu zaman reaktiv vəziyyət yaranır. 

Əslində insanın həyəcanlanması onun narahatlığına səbəb olur. Bütün bədən, beynimiz, mənəvi ruhumuz artıq narahatlıq içində olur. Bu narahatlığın gətirdiyi duyğu hissi isə qorxu adlanır.

Bu, müəyyən həyəcanın, xoşagəlməz həyati situasiyaların, tez-tez baş verə biləcək, dərinləşən, ötüb keçə biləcək, özünün iradə gücünə söykənə biləcək hadisələrdən görünür. Bu zaman insanlarda tibbi və bioloji dəyişikliklər baş verir. Təbii ki, burada birinci olacaq dermatoloji reaksiyalar baş verir: dəri qıcıqlanması, ürək-damar sisteminin reaksiyalarına birbaşa təsiri, təzyiqinin yüksəlməsi və enməsi, tüpürcək vəzilərinin fəaliyyətinin səngiməsi, tənəffüs sisteminizdə təngnəfəslik, qadınlarda menstruasiyanın pozulması kimi məsələlər ortaya çıxır".

Psixoloqun fikrincə həyəcan və narahatlıq insanda tibbi və bioloji fəsadları ortaya qoyur:

"Həyəcan və narahatlıq insanda psixoloji durumla yanaşı, tibbi və bioloji fəsadları ortaya qoyur. Bu qorxu insanlarda ağla gəlməyən xəstəliklərin təməli ola bilər. Dünyada artıq isbat olunmuş onkoloji xəstəliklərin və şəkərli diabet xəstəliklərinin faiz göstəricilərinin bir çoxunun kökündə qorxu dayanır. Qorxunun yaratdığı son hal isə fobiyadır. Fobiyanın bir çox təhlükələrlə özünü çox asanlıqla insan bədənində hopdurub, orada uzunmüddətli qalma funksiyası var. Qorxunun normal və patoloji növləri var. Patoloji qorxu bizim fobiya adlandırdığımız, normal qorxu isə reaksiya kimi başa düşüləndir". 

Psixoloq qorxu filmlərində yaş həddinin nəzərə alınmasının vacibliyini vurğulayıb:

"Ona görə də qorxu filmlərinin təqdimatı zamanı yaş həddi nəzərə alınmalıdır. Həmin filmləri izləyən zaman valideynlər filmi izləyən uşağın neçə yaşında olmasını, uşağın bunu qaldıra biləcək gücdə olub-olmadığını nəzərə almalıdır".
 

Fidan Ramazan

Gündəm