“Əksər teatr adamları bu günün ədəbi proseslərini, ən azından yerli prosesi izləmir” - Teatrşünas
01.11.2023 12:30 Mədəniyyət

“Əksər teatr adamları bu günün ədəbi proseslərini, ən azından yerli prosesi izləmir” - Teatrşünas

Bütün dünyada olduğu kimi, ölkəmizdə də növbəti 2023-2024-cü ilin teatr mövsümü başlayıb. Heç bir səmərə verməyən inzibati nəzarət, sovet dövründəki kimi konyuktura basqısı milli teatrın bütün yaradıcılıq nəticələrini cırlaşdırmış, nəticə etibarilə onu mağmunlaşdırmışdır. Qəribədir ki, sovet dönəmində düşüncələrə yeridilən bu təcrübə bu günümüzdə də teatr sənətçiləri tərəfindən təbii qəbul edilərək öz həyati təsir gücünü saxlamaqdadır.

Mövzu ilə bağlı teatr tənqidçisi Aliyə Dadaşova MediaPost-a açıqlama verib. Onun sözlərinə görə, yaradıcı azadlıq hər halı ilə insanı duymaq qabiliyyətidir:

alt text

“Bizim yeniliyi kənardan gətirmək kimi bir ənənəmiz var. Sovet teatrından qalma ənənədir. Pis tərəfi də odur ki, kənardan gələndə onun təyinatı yolda itir. Buralara gəlib çıxmır. Teatrda içində olduğu mühitin ünsiyyət faktı olmalıdır. Formanı kənardan gətirib məzmunu milli eləməklə deyil. Forma elə burdakı məzmundan yaransa, onda bizim teatrımız olacaq, milli teatr olacaq. Əksər teatr adamları bu günün ədəbi proseslərini, ən azından yerli prosesi izləmir. Yaradıcılıq özü elə azadlıq deməkdir. Yaradıcı azadlıq hər halı ilə insanı duymaq qabiliyyətidir. Adamları inandırmaqsa artıq peşəkarlıqdır”.

Fidan Ramazan

Gündəm