Ekspert: "Bu gedişlə Xırdalanda 3-5 ilə insanlar evlərindən çıxmaz hala gələrlər"
16.01.2020 08:41 Fikirlər

Ekspert: "Bu gedişlə Xırdalanda 3-5 ilə insanlar evlərindən çıxmaz hala gələrlər"

“MediaPost” xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Rövşən Ağayev sosial şəbəkədə yazıb.

O, misal olaraq Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin Sədri Saleh Məmmədovun dünənki mətbuat konfransına Bakı- Sumqayıt yolu ilə bağlı açıqlamasını göstərib: “Saleh Məmmədov deyir ki, yol 7-10 min avtomobilin hərəkət sayına hesablansa da, istiqamətdə yaşayışın və müəssisələrin sayının artması nəticəsində hərəkət sayı hazırda 12-14 min arasındadır. Bu yol son 10-12 ilin məhsuludur. Uzunmüddətli ərazi və iqtisadi planlaşdırma, ərazilərin baş planı olsa idi, həm məskunlaşmada, həm də iqtisadiyyatda artım dinamikasını görmək olardı. Nəticədə, infrastruktur da ona uyğun planlanardı. Xırdalanı da son 15-20 ildə bu cür idarə ediblər. Maksimum 100 -120 min nəfərə hesablanan şəhər yollarından bu gün real olaraq 220-250 min nəfər istifadə etdiyi bildirilir. Məskunlaşmadakı hazırkı artım sürəti davam etsə, yəqin 3-5 ilə 300-350 minə çatar və insanlar evlərindən çıxmaz hala gələrlər”.

“MediaPost”

Xəbərlər departamenti

Gündəm