Ekspert: "Gələn ildən pensiyalar artırılacaq"
18.12.2019 11:26 Fikirlər

Ekspert: "Gələn ildən pensiyalar artırılacaq"

Mediapost.az xəbər verir ki, bunu Sosial və İqtisadi İnkişaf Mərkəzinin (CESD) rəhbəri Vüqar Bayramov qeyd edib.

Ekspert: Gələn ildən pensiyalar artırılacaqİqtisadçı ekspert bildirib ki, son günlər CESD-ə pensiya məbləğlərinin necə indeksasiya olunacağı ilə bağlı daha çox suallar ünvanlanır: "Hər ilin yanvarında pensiya və eləcə də pensiya kapitalının indeksasyası həyata keçirilir. Mövcud qanunvericiliyə əsasən, pensiya məbləğləri əvvəlki ildə orta aylıq əmək haqqıdakı artımlara, pensiya kapitalı isə infilyasiya səviyyəsinə uyğun olaraq indeksasiya olunur. Bu o deməkdir ki, pensiya alan vətəndaşımızın aldığı pensiya məbləği artıq gələn aydan indeksasiya olunacaq və yanvar ayında pensiyaçılar artırılmış məbləği alacaqlar. Pensiya kapitalı olan, amma hələlik pensiya yaşı çatmayan vətəndaşlarımız yığımı isə infilyasiya göstəricisi ilə indeksasiya olunub artırılacaq”.

Ekspertin sözlərinə görə, hələlik, pensiya məbləğlərinin indeksasiya məbləği dəqiqləşməyib: "Çünki bu rəqəm il başa çatandan sonra müəyyənləşir. Gözlənilir ki, 2020-ci il yanvarın ikinci yarısı Dövlət Statistika Komitəsi orta aylıq əmək haqqıdakı rəsmi artımı elan etdikdən sonra pensiya məbləğləri indeksasiya olunaraq artırılacaq”.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında orta aylıq əmək haqqı 5,6 faiz artıb.

Xəbərlər departamenti

Gündəm