Ekspert: "Seçkilərdə rəqabət güclü olacaq"
20.01.2020 07:24 Daxili siyasət

Ekspert: "Seçkilərdə rəqabət güclü olacaq"

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı secki-2020.az saytına açıqlamasında Milli Məclisə keçiriləcək seçkilər öncəsi ölkəmizdə mövcud olan seçki mühitini dəyərləndirib.

O bildirib ki, aparılan monitorinqlər ölkədəki ictimai-siyasi vəziyyətin sabit olduğunu göstərir.

M. Zülfüqarlı söyləyib ki, ötən ilin sonlarında Bakıda Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov ilə NATO-nun Hərbi Komitəsinin sədri Ser Stüart Piiç arasında görüşün keçirilməsi, həmçinin digər mühüm beynəlxalq tədbirlər Azərbaycanın etibarlı məkan olmasının göstəricisidir: “Bütün bunlar ölkədə seçkiöncəsi mühitin normal olduğunu göstərir”.

Seçkilərdə deputatlığa namizədlərin sayının çox olduğunu bildirən ekspert qeyd edib ki, bu fakt seçkilərdə rəqabətin güclü olacağını deməyə əsas verir.

Xatırladaq ki, Azərbaycanda parlament seçkiləri 2020-ci ilin fevralın 9-da keçiriləcək.

Xəbərlər departamenti

Gündəm